SOCAR-dan neft və qaz hasilatı ilə bağlı – HESABAT

SOCAR-dan neft və qaz hasilatı ilə bağlı – HESABAT

Bu ilin yanvar-avqust ayları ərzində Dövlət Neft Şirkəti (SOCAR) 4 milyard 225 milyon kubmetr təbii qaz hasil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% azdır.

Oxu.Az bu barədə şirkətin açıqladığı hesabata istinadən xəbər verir.

Şirkətin təkcə avqust ayı üzrə hasilatı isə 531,7 milyon kubmetr təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 12% azdır.

Bu ilin 8 ayında SOCAR 5 milyon 57,2 min ton xam neft hasil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% azdır.

Şirkətin təkcə avqust ayı üzrə hasilatı isə 636,5 min ton təşkil edib. Bu isə ötən ilin avqust ayından 9% azdır.

U.A.

0
10