Şahmat üzrə yığmamız tarix yazdı

Şahmat üzrə yığmamız tarix yazdı

Rəşad Zeynallı 1-ci oldu.

13-18-də keçirilən 12-ci Avropa çempionatında (12th European Chess Solving Championship) Azərbaycan şahmat üzrə yığması tarix yazıb.

Oxu.Az-a daxil olan məlumata görə, 16 komanda arasında olan mübarizədə Araz Alməmmədov (Qəbələ), Misrətdin İskəndərov (Sumqayıt), Rəşad Zeynallı, Bəhruz Rzayevdən (hər ikisi Bakı) ibarət olan yığmamız 206 xalla gümüş medal qazanıb.

Avropa çempionu adını 214,5 xalla Serbiya, bürünc medalı isə yığmamızdan 0,75 xal geri qalan, dəfələrlə Dünya və Avropa çempionları olan Polşa yığması 205,25 xalla nail olub.

Rəşad Zeynallı Avropa çempionatında gənclər arasında 1-ci yeri tutaraq Avropa çempionu, Bəhruz Rzayev isə gümüş medalı qazanıb.

Xatırladım ki, komandamız 2014-cü ildə daha bir tarix yazaraq İsveçrənin paytaxtı Bern şəhərində Dünya çempionatında gümüş medal əldə edib.

0
23