Maliyyə Nazirliyi bəzi KİV-ə xəbərdarlıq edib

Maliyyə Nazirliyi bəzi KİV-ə xəbərdarlıq edib

“Ötən gün bəzi xəbər saytlarında Maliyyə Nazirliyinin xəzinədarlıq sisteminin çökməsi ilə bağlı əsassız məlumatlar dərc edilib”.

Oxu.Az-ın məlumatına görə, bu barədə APA-ya Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətindən qeyd ediblər ki, bu cür cəfəng xəbərlərin heç bir əsası yoxdur:

“Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi fasiləsiz və tam funksionallığı ilə real vaxt rejimində fəaliyyət göstərir.

Həmin sistem vasitəsilə büdcə təşkilatlarının xərcləri vaxtlı-vaxtında həyata keçirilir. Odur ki, ictimaiyyətə qeyri-dəqiq və yanlış məlumatı çatdıran saytlardan həqiqətəuyğun olmayan informasiya ilə bağlı təkzibin dərc olunması tələb olunur”, - deyə açıqlamada qeyd olunur.

Maliyyə Nazirliyi xəbərdarlıq edir ki, bu cür həqiqəti əks etdirməyən məlumatlar təkrarən kütləvi informasiya vasitələrində yayıldığı halda, qurum tərəfindən həmin saytlara və onların təsisçilərinə dair mövcud qanunvericiliyə uyğun sərt addımlar atılacaq.

U.A.

0
9