6 yaşlı azərbaycanlı uşaq “hacı” oldu

6 yaşlı azərbaycanlı uşaq “hacı” oldu

“Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov öz oğlu ilə adaş olub.

Oxu.Az xəbər verir ki, 29-cu dəfə müqəddəs Həcc ziyarətindən geri dönən Hacı Əbdül özü bu haqda Modern.az-a danışıb.

Onun sözlərinə görə, Məkkəyə oğlu ilə birgə gedib.

“Həcc ziyarətindən yeni qayıtmışam. Əhvalım da çox yaxşıdır. Məkkəyə 6 yaşlı oğlumla getmişdim. Düzdür, azyaşlı uşaqların Həcc ziyarətinə getməsi məqbul hesab olunmur. Amma mənim oğlumun 6 yaşının olmasına baxmayaraq, çox çevikdir. İdmanla məşğul olur.

6 yaşlı oğlum Məkkədə bütün dini ayinləri icra etdi. Oğlumun Həcc ziyarətini reallaşdırmasını daha çox mən istəyirdim. Bu da oldu. Həm də oğlum mənim adımı daşıyır. Bundan sonra onu da Hacı Əbdül kimi çağıracaqlar”.

Qeyd edək ki, hacı 70 yaşında oğul atası olmuşdu.

E.Ə.

0
10