Rusiya Dövlət Dumasına seçkilərin nəticələri açıqlandı

Rusiya Dövlət Dumasına seçkilərin nəticələri açıqlandı

Dövlət Dumasına seçkilərin nəticələrinə görə, “Vahid Rusiya” 343 mandat alır.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya MSK-nın sədrinin müavini Nikolay Bulayev komissiyanın iclasında bildirib.

İkinci yerdə 42 mandatla Rusiya Kommunist Partiyası, daha sonra 39 mandatla RLDP, 23 mandatla “Ədalətli Rusiya” partiyası gəlir.

Bulayevin sözlərinə görə, Dövlət Dumasında Vətəndaş Platformasından bir deputat, “Vətən”dən bir deputat və namizədliyini müstəqil irəli sürən bir deputat olacaq.

N.O.

www.oxu.az

0
20