Azərbaycanın futzal millisi DÇ-2016-nın 1/4 final mərhələsinə yüksəldi

Azərbaycanın futzal millisi DÇ-2016-nın 1/4 final mərhələsinə yüksəldi

Bu gecə futzal üzrə Azərbaycan millisi Kolumbiyada keçirilən dünya çempionatında 1/8 final oyununa çıxıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, komanda Tayland yığması ilə qarşılaşıb.

Oyunun əsas vaxtı 7:7 hesabı ilə yekunlaşdığı üçün qalib əlavə vaxtda müəyyənləşib. Əlavə vaxtda Azərbaycan yığması rəqibin qapısından 6 cavabsız qol keçirib və görüşü 13:8 hesablı qələbə ilə başa vurub. Azərbaycan millisi bu qələbə sayəsində 1/4 finala yüksəlib.

Azərbaycan millisinin heyətində Vassoura (3, 43 dəqiqələrdə), Fineo (5, 12, 43, 47, 48), Borisov (13), T. Bolinha (27, 28, 40), Poletto (30) və Hüseynli (48) fərqlənib.

Millimiz 1/4 final mərhələsində Portuqaliya yığması ilə qarşılaşacaq. Qarşılaşma sentyabrın 25-də, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 26 sentyabr, saat 03:00) Cali şəhərindəki Coliseo El Pueblo İdman Kompleksində keçiriləcək.

Dünya çempionatı, 1/8 final oyunu

02:30. Tayland - Azərbaycan 8:13

Qollar: 3 - Vasura, 5, 12, 43, 47, 48 - Fineo 8 - Suphaut Tueanklanq, 12 - Suphaut Tueanklanq, 13 - Vitali Borisov, 17, 18, 25 - Kritsada Vonqkaeo, 21 - Jiravat Sornviçian, 27, 28, 40 - Bolinya, 30 - Poletto, 36, 43 - Çudeç, 48 - Rövşən Hüseyinli.

Hakimlər: Fernando Qutyerres Lumbreras (İspaniya), Jianqiao Liu (Çin), Reks Kamusu (Solomon adaları).

E.Ə.

0
34