Macarıstan qaçqınları qəbul etməkdən imtina etdi

Macarıstan qaçqınları qəbul etməkdən imtina etdi

Macarıstan Avropa İttifaqının icbari  kvotaları üzrə qaçqınları  qəbul etməkdən imtina edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Macarıstanın XİN rəhbəri Peter Siyarto bildirib.

Onun sözlərinə görə, Brüssel reallaşdırılması mümkün olmayan sistemi zorla qəbul etdirməyə çalışır: “Bu sağlam məntiqə və Avropa dəyərlərinə ziddir”.  

“Biz mövqemizi möhkəmləndirmək niyyətindəyik. Avropa  komissiyası Aİ ölkələrini bu qüsurlu sistemi qəbul etdirməyə çalışır. Lakin biz onu qəbul etməyəcəyik. İnsanlar istəyir ki, qoy avropalı siyasətçilər təhlükəsizliyi əsas götürsünlər”, -  deyə Macarıstan XİN-in məlumatında bildirib.

 Qeyd edək ki, oktyabrın 2-də Macarıstanda  Aİ-nin qaçqınlar üzrə kvotalarının ölkədə qəbul olunub-olunmamasına dair referendum keçiriləcək.  

0
10