Çavuşoğlu: “Moskva ilə yaxşı əməkdaşlığımız var”

Çavuşoğlu: “Moskva ilə yaxşı əməkdaşlığımız var”

Moskva və Ankara arasında Suriya ilə bağlı  yaxşı əməkdaşlıq mövcuddur. APA-nın xəbərinə görə, bunu “RİA Novosti”yə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

“Rusiya ilə Suriyaya dair yaxşı əməkdaşlığımız var. Bu o demək deyil ki, biz həmişə razılaşırıq. Lakin, əvvəllər ciddi fikir ayrılığı olan məsələlər üzrə hazırda yaxşı dialoq mövcuddur”, - deyə Çavuşoğlu Moskva və Ankara arasında Suriyaya dair əməkdaşlıqla bağlı suala cavabında bildirib.    

Onun sözlərinə görə, dialoq açıq və səmimi şəkildə aparılır: “Mübadilə etdiyimiz informasiya böhran yaranacağı təqdirdə çox vacibdir. İki ölkə arasında hazırda etimad mövcuddur. Siyasi səviyyədə - nazirliklər kəşfiyyat səviyyəsində müxtəlif əlaqələndirmə mexanizmləri mövcuddur. Bu mexanizm çox effektiv olub”, - deyə Çavuşoğlu qeyd edib.  

0
17