Yağışlar 26 can aldı

Yağışlar 26 can aldı

İndoneziyanın Java vilayətində yağan şiddətli yağışlar nəticəsində Qarut və Samedanq kəndləri su altında qalıb. Torpaq sürüşmələrinin yaşandığı bölgədə azı 26 nəfər ölüb, 19 nəfər  itgin düşüb.

Paytaxt Cakartadan  200 km  aralı yerləşən  Cimaruk və Cikamuri bölgələrində isə daşqınlar qeydə alınıb. Evləri su altında qalan vətəndaşlara kompensasiya ödəniləcəyi nəzərdə tutulur. Axtarış xilas etmə əməliyyatı aparılan bölgələrdə hərbi hospitallara da, təbii fəlakət nəticəsində xəsarət alan şəxslər  gətirilir.

0
14