Paralimpiyaçılarımız Vətənə döndülər

Paralimpiyaçılarımız Vətənə döndülər

Bu gün Azərbaycanı 2016-cı il Yay Paralimpiya Oyunlarında təmsil edən idmançılar Bakıya qayıdıblar.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, Rio-de-Janeyro - Paris - Bakı reysi ilə hərəkət edən təyyarə saat 18:35-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Paralimpiyaçılar hava limanında böyük coşqu ilə qarşılanıblar. İdmançıları qarşılamağa gələnlər arasında Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, paralimpiyaçıların ailə üzvləri, yaxınlar, jurnalistlər və idman ictimaiyyətinin nümayəndələri olublar.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Rio-de-Janeyroda 1-i qızıl, 8-i gümüş, 2-si bürünc olmaqla, ümumilikdə 11 medal qazanıblar.

S.B.

0
18