“Qəbələ” liderliyə yüksəldi

“Qəbələ” liderliyə yüksəldi

Bu gün Azərbaycan Premyer Liqasında III turdan təxirə salınmış bir oyun keçirilib.

Oxu.Az xəbər verir ki, “Qəbələ” doğma meydanda “Sumqayıt”ı qəbul edib.

Matç Roman Qriqorçukun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində Baqali Dabo dubla imza atıb (85 və 90-cı dəq.)

Bu nəticədən sonra, “Qəbələ” xallarının sayını 13-ə çatdıraraq birinci pilləyə yüksəlib. “Qarabağ” 12 xalla ikinci, “İnter” isə 11 xalla üçüncü yerdə qərarlaşıb.

Turnir cədvəli:

Komanda Xal Oyun
1. Qəbələ 13 5
2. Qarabağ 12 5
3. İnter 11 5
4. Kəpəz 6 5
5. Zirə 6 5
6. Sumqayıt 4 5
7. Neftçi 3 5
8. AZAL 1 5

S.B.

0
13