Gözəl olmadığı üçün tənqid olunan model özünü dünya ulduzuna bənzətdi – FOTO

Gözəl olmadığı üçün tənqid olunan model özünü dünya ulduzuna bənzətdi – FOTO

İngiltərədə yaşayan türk model Ecem Uzgör avqustun 26-da Almaniyanın Bremen şəhərində keçirilən “Top Model of the World” model müsabiqəsində Türkiyəni təmsil etməsinə görə sərt tənqid atəşinə tutulub. Səbəb isə modelin gözəl olmasa da yarışmaya qatılmasıdır.

Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ecem Üzgör “Rəngli səhifələr” proqramında qonaq olub və haqqındakı tənqidlərə cavab verib.

“Mən bu yarışma üçün çox hazırlaşdım, bundan başqa heç nə vecimə deyil. Şərhləri ailəmlə birlikdə oxuyub güldüm. Daha çox musiqi karyeramla mediada tanınmaq istəyirəm. Əvvəllər də yarışmaya qatılmışdım. Orada ilk 15-yə daxil olmuşdum, heç bu qədər rezonans doğurmamışdı.

Bu an “Top Model of the World” müsabiqəsinin birincisindən daha çox mənim haqqımda danışılır. Bu yarışma yalnız gözəlliyi ehtiva etmir. Həmin müsabiqədə hətta neçə dil bilməyiniz də əhəmiyyətlidir, yəni burada hərtərəfli istedada qiymət verilir”,-deyə model bildirib.

“İnsanların məni dünyaca məşhur aktyor Nikola Cage ilə bənzətməklərindən qürur duyuram. Göz-qaşımın ona bənzədiyini düşünürəm”,-deyə Ece Uzgör sözlərinə əlavə edib.

25 yaşlı müğənni, aktrisa və model şəxsi həyatından da bəhs edib:

“Sevgilim ingilisdir. Bu söz-söhbətlərə çox reaksiya vermədi. Əslində sevindi. O, musiqi fəaliyyətim ilə insanların yaddaşında qalmağımı düşünür”.

Qeyd edək ki, Ece Uzgör modelliklə yanaşı Londonun ən məşhur müzikllarında aktrisa və müğənni kimi fəaliyyət göstərib. 2008-ci ildə “Miller Music Factory” mahnı yarışmasında 2000 nəfər arasında “cover” kateqoriyasında 3-cü olmağı bacarıb.

Aytən Sadıqzadə

0
9