“Qərbi Abşeron”da növbəti quyu qazılır

“Qərbi Abşeron”da növbəti quyu qazılır

SOCAR-AQŞ 23 saylı quyunun tikintisi işlərinə start verib. SOCAR-AQŞ 20 saylı stasionar dəniz özülündən layihə dərinliyi 802 m olan 23 saylı quyuda qazma işlərinə başlayıb.

Oxu.Az-a şirkətdən verilən məlumata görə, 23 saylı quyunun Qırmaki Dəstə-3 (QD-3) horizontuna qazılması planlaşdırılır.

Şirkətdən verilən məlumata görə, quyu layihə horizontuna horizontal qazılmaqla açıq lüləyə yüksək keyfiyyət tələblərinə cavab verən və hasilatı artırmağa imkan verən süzgəclər buraxmaqla tamamlanacaq.

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

Qeyd edək ki, SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib.

Hal-hazırda SOCAR-AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və ‘’Bulla’’ yatağında 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.

U.A.

0
24