İsgəndər Cavadova fərdi təqaüd veriləcək - SƏRƏNCAM

İsgəndər Cavadova fərdi təqaüd veriləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev İsgəndər Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İsgəndər Cavad oğlu Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

0
15