İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıb

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına  təbrik məktubu ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu yazıb.

Oxu.Az-ın xəbərinə görə, məktubda deyilir:

“Əziz Qardaşım,

Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

İnanıram ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Səudiyyə Ərəbistanının qardaş xalqına daim sülh və rifah diləyirəm”.

Dövlət başçısı həmçinin Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, Əlahəzrət Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb:

“Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

N.O.

0
8