Şirvanda üç nəfər bir-birini bıçaqladı

Şirvanda üç nəfər bir-birini bıçaqladı

Şirvan şəhərində üç nəfər bıçaqlanıb.

Oxu.Az xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsindən (ŞBŞ) “Report”a verilən məlumata görə, hadisə şəhərin Naxçıvan küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakinləri - Afiq Həsənov, Ceyhun Əliyev və Bəyməmməd Rəsulov xuliqanlıq zəminində bir-birilərinə bıçaqla xəsarət yetiriblər. Xəstəxanaya yerləşdirilən Bəyməmməd Rəsulovun vəziyyəti orta-ağırdır. Digər şəxslər isə ilkin tibbi yardımdan sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

E.Ə.

0
9