Rövnəq Abdullayev: Azərbaycan neft hasilatını müəyyən səviyyədə saxlanılmasına razıdır

Rövnəq Abdullayev: Azərbaycan neft hasilatını müəyyən səviyyədə saxlanılmasına razıdır

Neft hasilatının müəyyən səviyyədə saxlanılması ilə bağlı Əlcəzairdə 27-28 sentyabrda keçiriləcək görüşdə qərar qəbul olunarsa, Azərbaycan da buna razılıq verməyə hazırdır.

Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

“Hələ OPEK-in əvvəlki görüşündə neft hasilatının müəyyən səviyyədə saxlanılması üçün biz də razılıq vermişdik. Bu ayın sonunda Əlcəzairdə OPEK-ə üzv olan və üzv olmayan ölkələrin qeyri-rəsmi görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək”, - R.Abdullayev deyib.

O qeyd edib ki, bu gün OPEK-dən çox, Amerika şist nefti və banklar neftin qiymətini həll edir.

OPEK ölkələri və Rusiya daxil olmaqla neft hasil edən ölkələrin hasilatın məhdudlaşdırılmasına dair bundan əvvəlki cəhdi boşa çıxıb. Aprelin ortalarında Dohada danışıqların gedişatında Səudiyyə Ərəbistanı OPEK ölkələri ilə birgə İranın hasilatı dondurmasına təkid etsə də, İran bundan imtina etdi. Belə ki, ölkə beynəlxalq sanskiyaların ləğvindən sonra neft idxalının həcmini yeni bərpa etməyə başlamışdı.

www.oxu.az

0
11