“ADEX 2016” hərbi sərgisində helikopterlər və qırıcılar nümayiş olunacaq

“ADEX 2016” hərbi sərgisində helikopterlər və qırıcılar nümayiş olunacaq

Azərbaycan sərgidə 260-dan artıq məhsul nümayiş etdirəcək.“2014-cü ildə keçirilən sərgidə biz cəmi 27 məhsul təqdim etmişdik. “ADEX 2016” sərgisində isə 260-dan artıq məhsul nümayiş etdirəcəyik”.

Oxu.Az APA-ya istinadən xəbər veri ki, bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.

O bildirib ki, "ADEX 2016" hərbi sərgisində açıq havada olan platformaların sahəsi daha da böyüyüb: “Sərgidə helikopterlər, qırıcılar nümayiş olunacaq”.

Nazir müavini sərgi zamanı bir sıra xarici şirkətlərlə müqavilə imzalanacağını da söyləyib.

A.M.

0
11