Ermənistanda sabiq nazir müavini hakimiyyəti zəbt etmək cəhdində ittiham edilir

Ermənistanda sabiq nazir müavini hakimiyyəti zəbt etmək cəhdində ittiham edilir

İstintaq orqanı Ermənistanın müdafiə nazirinin sabiq müavini Vaan Şirxanyana qarşı yeni ittiham irəli sürüb.

Oxu.Az xəbər verir ki, bu barədə News.am-a Şirxanyanın vəkili Ayk Alumyan bildirib.

“Yeni maddə əlavə edilib. O, hökuməti ələ keçirmək cəhdini hazırlamaqda ittiham edilir”, - vəkil qeyd edib və əlavə edib ki, ittihamın sərtləşdirilməsinə dair heç bir əsas təqdim edilməyib.

Vaan Şirxanyan 2015-ci ilin dekabrın 21-də Yerevanda silahlı qrupun zərərsizləşdiriməsinə dair iş çərçivəsində həbs edilib. O, qrupun lideri Artur Vardanyan ilə əlbir olmaqda ittiham edilir.

Bu ərəfədə Vaan Şirxanyanın vəkili İnsan Haqları üzrə Avropa Məhkəməsinin sabiq müdafiə nazirinin müavininin şikayətini qeydiyyatdan keçirdiyini bəyan etmişdi.

N.O.

www.oxu.az

0
34