Azərbaycanda 38,6 milyon dollara alıcı tapılmadı

Azərbaycanda 38,6 milyon dollara alıcı tapılmadı

Valyuta hərracında iştirak edən bankların sayı azalıb.Bu gün Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 100 milyon dollar məbləğində vəsait hərraca çıxarılıb.

Fonddan Oxu.Az-a verilən məlumata görə, bu vəsaitdən 61,4 milyon dollar 19 banka satılıb.

İl ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Qeyd edək ki, sentyabrın 20-də Dövlət Neft Fondu tərəfindən 100 milyon dollar satışa çıxarılmışdı. Bu vəsaitdən 72,4 milyon dollar məbləğində vəsait 20 banka satılmışdı. Həmin gün Azərbaycan Mərkəzi Bankı isə hərraca 50 milyon dollar çıxarmış, amma bankın hərraca çıxardığı vəsaitdən satılmamışdı.

U.A.

0
5