Lionel Messi üç həftə meydana çıxmayacaq

Lionel Messi üç həftə meydana çıxmayacaq

İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi qasıq nahiyəsindən aldığı zədəyə görə üç həftə oynaya bilməyəcək.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə komandanın rəsmi saytında məlumat yayılıb.

Argentinalı futbolçu çərşənbə günü İspaniya çempionatının 5-ci turunda “Atletiko” ilə oyunda (1:1) zədələnib.

N.O.

0
4