Neftimizin qiyməti bahalaşır

Neftimizin qiyməti bahalaşır

Federal Ehtiyat Sisteminin qərarı “AzeriLight”ın qiymətinə də təsir edib. Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 0,79 dollar və yaxud 1,69% artıb.

Oxu.Az xəbər verir ki, “AzeriLight” markalı neftin bir barelinin qiyməti 47,57 dollara bərabər olub.

Bundan başqa, “Bloomberg” agentliyinin məlumatına görə, bu gün səhər saatlarında Brent və WTI markalı neftin qiyməti müvafiq olaraq 47,26 və 45,79 dollara satılır.

Qeyd edək ki, neftin qiymətlərinin bahalaşmasına səbəb ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) iki günlük iclasdan sonra baza faiz dərəcəsini əvvəlki 0,25-0,5% səviyyəsində saxlaması olub.

U.A.

0
5