Dəniz sahilində bu obyektləri hasarlamaq olar – SİYAHI

Dəniz sahilində bu obyektləri hasarlamaq olar – SİYAHI

Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinin yeddinci cümləsində nəzərdə tutulmuş xüsusi əhəmiyyətli dövlət obyektlərinin Siyahısı”nı təsdiq edib.

Oxu.Az xəbər verir ki, Torpaq Məcəlləsinin 46-cı maddəsində dəniz sahilindəki dövlət əhəmiyyətli obyektlərin hasarlanmasına icazə verilir.

Nazirlər Kabineti dövlət əhəmiyyətli obyektlər kimi aşağıdakıları təsdiq edib:

- Heydər Əliyev adına Neft Emalı Zavodu (istehsalat sahələri).

- Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu.

- Su təchizatı sistemləri.

- Yüksək Texnologiyalar Parkı (Pirallahı rayonu).

- Müdafiə və təhlükəsizlik orqanlarının hərbi hissələri, xüsusi təyinatlı

təhsil (təlim) müəssisələri, idarələri, təşkilatları, Silahlı Qüvvələrin döyüş mövqeləri, idarəetmə məntəqələri, telekommunikasiya qurğuları, radiotexniki sistemlər, bazalar, poliqonlar və hərbi təyinatlı digər qurğular.

- Döyüş sursatlarının, partlayıcı, radioaktiv, kimyəvi, bakterioloji və zəhərli

maddələrin istehsalı və saxlanılması müəssisələri.

- Dövlətin müdafiəsi və sərhəd təhlükəsizliyinin təmin olunması

məqsədlərinə xidmət edən obyektlər.

- Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər dəniz limanları.

- Gəmilər üçün yanalma körpüləri.

- Mayaklar.

- Bakı Gəmiqayırma Zavodu.

- Gəmi təmiri zavodları.

- Sumqayıt çirkab sutəmizləyici qurğusu (mövcud).

- Lökbatan çirkab sutəmizləyici qurğusu (mövcud).

- Bayıl Qəsri.

- Əl Oyunları Stadionu.

- Bakı Dəniz Vağzalının binası.

U.A.

0
5