Neftin qiyməti 42 dolları ötdü

Neftin qiyməti 42 dolları ötdü

Son rəqəmlər.

Bu gün Bakı vaxtı ilə 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 42,62 dollar olub.

Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 39,64 dollar təşkil edib.

Qeyd edək ki, şənbə səhər saatlarında, Brent və WTI markalı neftin qiyməti müvafiq olaraq 41,36 və 38,53 dollar təşkil etmişdi. 

0
12