Ukrayna baletinin ulduzu Bakıda çıxış edəcək

Ukrayna baletinin ulduzu Bakıda çıxış edəcək

Oktyabrın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel” baletinin tamaşası keçiriləcək.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Tamaşada baş rolda Ukrayna Milli Operasının tanınmış prima-balerinası, Ukraynanın Xalq artisti Tatyana Qolyakova çıxış edəcək. Q.Qolyakova bir sıra beynəlxalq balet müsabiqələrinin laureatıdır. O, bir çox xarici ölkələrdə - Almaniya, Avstriya, İtaliya, İsveçrə, Belçika, Fransa, Hollandiya, İspaniya, ABŞ, Yaponiya, Avstraliya və s. qastrol səfərlərində olub.

T.Qolyakovanın tərəf müqabili kimi tamaşada Qraf Albert partiyasını digər ukraynalı balet ustası, beynəlxalq müsabiqələr laureatı Stanislav Olşanski ifa edəcək.

Mirta rolunda isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının gənc solisti, balet artistlərinin Almaniyada keçirilən müsabiqəsinin bürünc mükafatçısı (2014) Ayan Eyvazova çıxış edəcək.

Tamaşanı Xalq artsti, professor Cavanşir Cəfərov idarə edəcək.

A.S.

0
8