İndoneziyada torpaq sürüşməsi: 23 ölü, 18 itkin

İndoneziyada torpaq sürüşməsi: 23 ölü, 18 itkin

İndoneziyanın Yava adasında şiddətli yağışlardan sonra əmələ gələn daşqınlar və torpaq sürüşməsi nəticəsində 23 nəfər ölüb.

APA-nın “Assosiated Press” agentliyinə istinadən verdiyi məlumata görə, daha 18 nəfər itkin düşmüş hesab edilir.

Adanın bir sıra ərazilərində sel sularının hündürlüyü 2 metrə çatıb. Evlərini tərk etmək məcburiyyətində qalanlar müvəqqəti olaraq hərbi hissələrdə yerləşdirilir.

Qeyd edək ki, 2010-cu ildə İndoneziyada baş verən daşqınlar nəticəsində 160 nəfər ölüb, 150-dən çoxu  itkin düşüb, minlərlə sakinə ziyan dəyib.

0
4