Messi üç həftə müddətinə sıradan çıxdı

Messi üç həftə müddətinə sıradan çıxdı

İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi qasıq nahiyəsindən aldığı zədəyə görə üç həftə oynaya bilməyəcək.

Lent.az-ın "report"-a istinadən xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Argentinalı futbolçu çərşənbə günü İspaniya çempionatının 5-ci turunda "Atletiko" ilə oyunda (1:1) zədələnib.

Messi bu mövsüm kataloniyalıların heyətində bütün turnirlərdə 8 oyun keçirib və 8 qol vurub.

0
6