Yəmən yenidən bombalandı: 11 ölü, 10 yaralı

Yəmən yenidən bombalandı: 11 ölü, 10 yaralı

Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin endirdiyi hava zərbəsi  nəticəsində Yəmənin Hodeyda şəhərində 11 nəfər ölüb, 10 nəfər yaralanıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlər arasında qadın və uşaqların da olduğu bildirilir.

Məlumata görə, koalisiyaya məxsus təyyarələrin hədəfində üsyançı husilərin liderlərinin olduğu bina olub. Mərmilərin bir qismi yaxınlıqdakı yaşayış binasına düşüb.

Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd  Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

0
8