Kluni Coli ilə Pittdən danışdı - “Ailə üçün böyük bədbəxtlikdir”

Kluni Coli ilə Pittdən danışdı - “Ailə üçün böyük bədbəxtlikdir”

Dünyanın ən gözəl cütlüyü – Ancelina Coli ilə Bred Pittin ayrılıq xəbəri artıq bir neçə gündür ki, bütün dünya mətbuatında müzakirə olunur.

Lent.az-ın “qafqazinfo”-ya istinadən xəbərinə görə, müzakirə edənlər arasında nəinki cütlüyün fanatları, eləcə də həmkar dostları var.

Belə ki, jurnalistlər Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sammitində iştirak edən 55 yaşlı aktyor Corc Kluniyə Coli ilə Pittin ayrılacaqlarını bildirib.

Bredlə 10 ilə yaxındır ki, dostluq edən aktyor xəbəri birinci dəfə eşitdiyini və şok olduğunu söyləyib: “Siz nə dediniz? Mən bunu birinci dəfədir eşidirəm! Əgər belədirsə, çox təəssüflənirəm. Bu, ailə üçün böyük bədbəxtlikdir. Çox qorxuludur, kədərlidir. Çox-çox təəssüf edirəm”.

0
27