Qüdsdə terror aktı: 20 yaralı - YENİLƏNİB + VİDEO

Qüdsdə terror aktı: 20 yaralı - YENİLƏNİB + VİDEO

Hazırda polis iki versiya üzərində işləyir.

Qüdsdə avtobusda bomba partladılıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu İsrail polisinin rəsmi nümayəndəsi Mikki Rozenfeld bəyan edib.

“Mütəxəssislər avtobusda partlayıcı qurğunun işə düşməsini artıq təsdiqləyiblər. Son məlumata əsasən, insident nəticəsində 20 nəfər yaralanıb.

Hazırda polis iki versiya üzərində işləyir: partlayıcı qurğunun əvvəlcədən avtobusa yerləşdirilməsi və yaxud partlayışın terrorçu-kamikadze tərəfindən törədilməsi”, deyə polis nümayəndəsi bildirib. 

19:52

Qüdsdə avtobus partladılıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Reuters İsrail radiostansiyasına istinadən xəbər verir.

Polis hesab edir ki, hadisə terror aktıdır.

Son məlumata əsəsən hadisə zamanı avtobusda 20 nəfər olub.

0
20