Rusiyada helikopter qəzaya uğradı, ölənlər var

Rusiyada helikopter qəzaya uğradı, ölənlər var

Rusiya Fövqəladə Hallar Naziriliyinə (FHN) məxsus Mi-8 helikopteri Moskva vilayətində qəzaya uğrayıb, üç ekipaj üzvü həlak olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS nəşrinə regionun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Mi-8 helikopteri Lyubertsı rayonu Oktyabrsk qəsəbəsi yaxınlığında qəzaya uğrayıb.

RİA Novosti-nin məlumatına əsasən, helikopter təlim uçuşunu yerinə yetirirdi.

Hazırda hadisə yerində xilasedicilər işləyirlər. Qəzanın səbəbləri araşdırılır.

0
18