Ramil Şeydayev “Trabzonspor”-da ilk qolunu vurdu

Ramil Şeydayev “Trabzonspor”-da ilk qolunu vurdu

Türkiyə Kuboku ilk  mərhələsinin oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, milli futbolçumuz Ramil Şeydayevin komandası “Trabzonspor” “Ardahansor”la qarşılaşıb.

Görüş “qaradənizlilər”in 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşə ehtiyat oyunçular skamyasında başlayan futbolçumuz ikinci hissədə meydana girib və oyunda sonuncu qolun müəllifi olub.

0
9