Miqrantlarla dolu qayığın batması nəticəsində ölənlərin sayı 38-ə çatdı

Miqrantlarla dolu qayığın batması nəticəsində ölənlərin sayı 38-ə çatdı

Misirdə miqrantları daşıyan qayığın  batması nəticəsində ölənlərin sayı 38-ə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Misir sahillərində batan gəminin göyərtəsində ümumilikdə 600  miqrantın olduğu bildirilir.

Məlumata görə, Misir hərbçiləri 154 nəfəri sudan çıxararaq xilas ediblər. İtkin düşənlərin axtarışı davam edir.

Qayıq Aralıq dənizi sahillərində, Rəşid şəhəri yaxınlığında batıb. Onun göyərtəsində qadın və uşaqlar daxil olmaqla Sudan, Suriya, Somali və Eritreya vətəndaşları olub.

0
28