Nəzarətsiz kosmik gəmi Yer kürəsinə düşəcək

Nəzarətsiz kosmik gəmi Yer kürəsinə düşəcək

Rəsmi Pekin “Tiangong-1” kosmik stansiyasının nəzarətdən çıxmasını etiraf edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə The Guardian nəşri yazır.

Kosmik stansiyanın Yerin atmosferinə 2017-ci ilin ikinci yarısında daxil olacağı gözlənilir.

Çin ekspertləri qeyd edirlər ki, orbital stansiya planet üçün heç bir təhlükə yaratmır. Mütəxəssislər missiyasını tamamlayan stansiyanın bəzi hissələrinin kosmosda yanaraq yoxa çıxacağını, bir hissəsinin isə Yerə düşəcəyini açıqlayıb. Bununla belə, onların avropalı həmkarları iddia edirlər ki, nəzarətsiz stansiya Yerin orbitində olan digər peyklər üçün təhlükləli ola bilər.

Çin rəsmiləri stansiyanın trayektoriyasını izləyəcəklərini və təhlükəli vəziyyət yaranarsa müvafiq beynəlxalq xəbərdarlıq edəcəklərini bildiriblər.

Qeyd edək ki, “Tiangong-1” kosmik stansiyası 2011-ci ilin sentyabr 29-da buraxılıb.

S.B.

0
5