Azərbaycan iki ton gübrəni İrana qaytarır

Azərbaycan iki ton gübrəni İrana qaytarır

Həmin gübrə ölkə standartlarına uyğun gəlməyib.“İranın “Kermanshan Petrochemical” zavodunun istehsalı olan “Agro menejment” MMC-yə məxsus 1,8 ton karbamid gübrəsindən götürülmüş nümunələr Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin laboratoriyasında analizi aparılıb”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Dövlət Fitosanitar Nəzarəti Xidmətinini rəisi Camal Quliyev deyib ki, həmin gübrənin keyfiyyət göstəricilərinin standartlara uyğun olmaması və normadan dəfələrlə aşağı olması müəyyən edilib.

Xidmət rəisi vurğulayıb ki, gübrədə təsiredici maddənin miqdarı normadan dəfələrlə aşağı olduğu üçün həmin gübrənin bitkiçilikdə tətbiqi yolverilməzdir:

“Bu gübrənin bitkiçilikdə tətbiqi, torpaqdakı mühiti əlverişsiz istiqamətdə dəyişməklə kənd təsərrüfatı bitkilərində boy, inkişaf və məhsuldarlığa əhəmiyyətli təsir göstərməyəcək. Nəticədə ətraf mühitin çirklənməsinə, lüzumsuz xərclərin artmasına, məhsulun maya dəyərinin yüksəlməsinə səbəb olacaq”.

C.Quliyev əlavə edib ki, “Fitosanitar nəzarət haqqında” qanuna və Nazirlər Kabinetinin Qaydaları”na uyğun olaraq “Agro menejment” MMC-nin ünvanına daxil olub, İranın “Kermanshan Petrochemical” zavodunun istehsalı olan 1,8 ton karbamid gübrəsinin ixracatçı ölkəyə geri qaytarılması üçün Dövlət Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

U.A.

0
3