“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirildi – FOTO

“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirildi – FOTO

IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə təşəbbüsü ilə.

16 aprel tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində “Yer günü”nə həsr olunmuş təlim keçirilib.

Oxu.Az xəbər verir ki, laboratoriya zamanı planetimizin heyrətamiz gözəlliyi və onun mühafizəsi ilə bağlı qısametrajlı filmlər nümayiş olunub. “Kiçik ekoloqlara”, ətraf mühiti qorumağın sirləri, o cümlədən gündəlik həyatda təbiəti qorumaq üçün atılmalı olan vacib addımlar izah edilib.

Daha sonra, uşaqlar tullantılardan kiçik incəsənət nümunələri hazırlamaq, öz kiçik planetlərini yaratmaq, təmiz su və təmiz hava ilə bağlı interaktiv oyunlarda iştirak etmək imkanı əldə ediblər.

Aprel laboratoriyası uşaqlarda ətraf mühitin qorunmasının və onun gələcək nəsilllərə sağlam ötürülməsinin vacibliyi haqqında biliklər qazandırmış, onlarda təbiətə sevgi və qayğı hissinin gücləndirilməsinə töhfə verib.

IDEA  İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

0
31