Azərbaycanlı müğənni - “Dəli kimi sevdim” - VİDEO

Azərbaycanlı müğənni - “Dəli kimi sevdim” - VİDEO

Azərbaycanlı müğənni Türkan Heydərova yaradıcılığındakı yeniliyi təqdim edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, sözləri, musiqisi müğənni Elnar Xəlilova məxsus “Dəli kimi sevdim” adlı bəstəni oxuyub: “İstirahət mövsümündə yaxşı dincəlib, yenidən yaradıcılıq işlərimə start verdim. Xeyli vaxt idi ki, Payız mövsümünə uyğun olan lirik mahnı istəyirdim. Çox sağ olsun müğənni dostum Elnar Xəlilov mənim bu istəyimi nəzərə alıb, “Dəli kimi sevdim” adlı mahnını yazdı. Mahnının seviləcəyinə inanıram”.

Qeyd edək ki, “Dəli kimi sevdim” adlı bəstənin aranjiman işi E.Xəlilova məxsusdur.

0
5