Nalbandyan Nyu-Yorkda həmsədrlərlə görüşdü

Nalbandyan Nyu-Yorkda həmsədrlərlə görüşdü

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrio (Fransa) BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən növbəti sessiyası çərçivəsində Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidmətinin məlumatında bildirilib.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşikin də iştirakı ilə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Vyana və Sankt-Peterburqda əldə olunan razılıqların icra olunmasının vacibliyi məsələsinə toxunulub.

A.M.

0
5