Azərbaycanda referendumu 90 beynəlxalq müşahidəçi izləyəcək

Azərbaycanda referendumu 90 beynəlxalq müşahidəçi izləyəcək

Səsvermə 5627 seçki məntəqəsində keçiriləcək.Azərbaycanda ümumxalq səsverməsi 5627 seçki məntəqəsində keçiriləcək.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

O bildirib ki, referendumla bağlı 34 ölkəni təmsil edən 90 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

M.Pənahov əlavə edib ki, seçki prosesini izləmək üçün 53300 yerli müşahidəçi qeydiyyata alınıb:

“Bunlardan 1097-si MSK-da, qalanları isə Dairə Seçki Komissiyalarında qeydiyyatdan keçib”.

A.M.

0
5