"İkili invoys"la işləyən sahibkarlara XƏBƏRDARLIQ

"İkili invoys"la işləyən sahibkarlara XƏBƏRDARLIQ

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev sahibkarlara müraciət edib.

"APA-Economics" xəbər verir ki, "Caspian European Club"un təşkilatçılığı keçirilən biznes forumda A. Əliyev gömrük rəsmiləşdirilməsində qanun pozuntusuna yol verən sahibkarlara xəbərdarlıq ünvanlayıb: "Mən iş adamlarının və mətbuat nümayəndələrinin burada olmasından istifadə edərək "ikili invoys"la işləyən sahibkarlara bu cəhdlərindən əl çəkmələrinə çağırıram. Biz istəməzdik ki, iş adamları əziyyət çəksinlər. Lakin bu o demək deyil ki, artıq rəsmiləşdirilməsi bitmiş mallar üzərində biz öz tədqiqatımızı davam etdirməyəcəyik. Biz əməkdaşlıq etdiyimiz digər ölkələrin gömrük orqanları ilə qiymətlərin müəyyən edilməsi ilə bağlı da addımlar atırıq və sonra da əldə edilmiş rəsmi məlumatlara əsasən həmin idxalçıların büdcə ödəmələrini tam şəkildə həyata keçirməsinə nail oluruq".

0
24