Nazir: Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Nazir: Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Avropa İttifaqı ilə investisiya, müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində əməkdaşlıq həyata keçirilir”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşdə deyib.

“Avropa İttifaqının 23 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 14 üzv ölkə ilə Hökumətlərarası Komissiya yaradılıb.

Son 5 ildə Avropa İttifaqı və ona üzv ölkələrlə 100-dən çox biznes forum və müxtəlif tədbirlər, o cümlədən bu ilin mayında Bakıda Azərbaycan-Avropa İttifaqı biznes forumu keçirilib.

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Ötən il Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 47%, bu ilin yanvar-avqust aylarında isə 37% təşkil edib”, - deyə nazir sözlərinə əlavə edib.

U.A.

0
5