Xaricə xəz dəri çıxaranlar rüsum ödəyəcəklər

Xaricə xəz dəri çıxaranlar rüsum ödəyəcəklər

“Azərbaycandan xaricə xəz dəri çıxaranlar rüsum ödəyəcəklər”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə “Caspian European Club”un üzvləri ilə görüşən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, bununla bağlı rəhbərlik etdiyi qurum hökumətə təklif göndərib:

“Hazırda təklif hökumətdə müzakirə olunur və düşünürəm ki, tezliklə qəbul olunacaq. Bizdə emal zavodu olsaydı, xammal yerli bazara verilərdi. Ona görə də bəzi iş adamları qaçaqmal yolu ilə bunu xarici bazara çıxarmağa çalışır”.

A.Əliyev onu da deyib ki, bu ilin ilk üç ayı ərzində gömrük cinayətləri ilə bağlı dövlət büdcəsinə 1 milyon manat vəsait daxil olub:

“Son bir ildə 1,1 ton heroin, 20 kq-a qədər digər narkotik vasitənin qaçaqmalçılığının qarşısı alınıb”.

U.A.

0
6