Azərbaycanda otel işçilərinin maaşı 500 manatı aşıb

Azərbaycanda otel işçilərinin maaşı 500 manatı aşıb

Otellərin xidmətində istifadə edən əcnəbilərin sayı 30%-ə yaxın artıb.

2015-ci ildə ölkədə fəaliyyət göstərən 536 mehmanxana və mehmanxana tipli obyektdə 9,1%-i dövlət, 90,9%-i isə qeyri-dövlət sektoruna məxsus olub. 

Mehmanxana və mehmanxana tipli obyektlərin 31-i beşulduzlu, 70-i dördulduzlu, 29-u üçulduzlu, 406-sı isə digər kateqoriyalıdır.

2015-ci ildə mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 183,1 milyon manat olub və əvvəlki illə müqayisədə 1,1% artım qeydə alınıb. 

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı yeni hesabatda əks olunub. 

Gəlirlərin 63,3%-i nömrələrin təqdim olunması üzrə xidmətlərdən, 23,8%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 1,4%-i müalicə və sağlamlıq xidmətlərindən, 11,5%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.  

2015-ci ildə mehmanxanalarda gecələmələrin sayı 1 644,1 min adam-gecə olub ki, onların 62,8%-i Bakı, 1,4%-i Gəncə, 1,2%-i Lənkəran, 0,9%-i Şəki şəhərlərində, 7,6%-i Xaçmaz, 2,3%-i Qusar, 1,9%-i Quba, 0,8%-i Şamaxı, 0,6 %-i Masallı, 0,5%-i Qəbələ, 0,5%-i İsmayıllı və 19,5%-i digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb. 

Əcnəbi vətəndaşlar üzrə gecələmələrin sayı 2014-cü illə müqayisədə 19,5% artaraq 958,9 min adam-gecə olub. 

Mehmanxanalarda yerləşdirilmiş şəxslərin sayı 2014-cü illə müqayisədə 24,7 % artaraq 838,1 min nəfərə çatıb ki, onların da 59,1%-ni xarici ölkə vətəndaşları təşkil edib. 

Mehmanxana xidmətlərindən istifadə edən xarici vətəndaşların sayında 26,2% artım müşahidə edilib. 

Yerləşdirilmiş xarici ölkə vətəndaşlarının arasında Rusiya Federasiyası (16,6%), Türkiyə (13,8%), Böyük Britaniya (9%)  ABŞ (5%)  İran (4,6%), Ukrayna (3,5%), Almaniya (3,4%), İtaliya (2,9%), Fransa (2,1%) vətəndaşları üstünlük təşkil edib. 

Mehmanxana xidmətlərindən istifadə edən Pakistan, Moldova, Latviya, Özbəkistan, Kanada, Ukrayna, Rusiya Federasiyası, Estoniya, İsrail, İspaniya, İtaliya vətəndaşlarının sayı 2014-cü illə müqayisədə daha çox artıb. 

Mehmanxana və mehmanxana tipli müəssisələrin xidmətlərindən istifadə edənlərin 638,4 min nəfəri turistlər olub. 

Onların 275,9 min nəfəri işgüzar, 256,3 min nəfəri istirahət və əyləncə, 68,9 min nəfəri müalicə, 37,3 min nəfəri isə digər turizm məqsədilə səfər edib. 

İstirahət və əyləncə məqsədilə Bakı, Şəki, Lənkəran şəhərləri, Naxçıvan MR, Quba, Xaçmaz, İsmayıllı, Şamaxı, Qəbələ, Qusar və Masallı rayonlarına səfər edən turistlərin sayı digər şəhər və rayonlarla müqayisədə daha çox olub. 

Ölkədə 31 beşulduzlu mehmanxana fəaliyyət göstərib ki, nömrələrin 20,8%-i, birdəfəlik tutumun 15,9%-i, yerləşdirilmiş şəxslərin 50,6%-i, gecələmələrin 39,9%-i, gəlirlərin 63,9%-i bu sahədə çalışan işçilərin isə 40%-i həmin obyektlərin payına düşüb. 

Mehmanxana və mehmanxana tipli müəssisələrdə çalışan işçilərin orta illik sayı 8364 nəfər olub və bir işçiyə düşən orta aylıq əmək haqqının məbləği 521,6 manat təşkil edib. 

0
72