Gürcüstan Azərbaycana yeni hərbi attaşe təyin edib

Gürcüstan Azərbaycana yeni hərbi attaşe təyin edib

Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrin 21-də Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, görüşdə hər iki ölkənin silahlı qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən əməkdaşlığın perspektivləri və regiondakı hərbi-siyasi vəziyyət və digər məsələlər müzakirə olunub.

Sonra səfir Gürcüstanın ölkəmizdə yeni təyin olunan hərbi attaşesi, polkovnik Giorgi Kvirikaşvilini Azərbaycanın Müdafiə nazirinə təqdim edib.

Müdafiə naziri hərbi attaşeni yeni təyinatı münasibətilə təbrik edərək ona ölkələrimizin silahlı qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.

A.M.

0
5