Neft hasilatı 1 il müddətinə dondurula bilər

Neft hasilatı 1 il müddətinə dondurula bilər

Neft istehsalçısı olan ölkələrin (OPEC-ə daxil olan və olmayan) sentyabrın 28-də Əlcəzairdə keçiriləcək Beynəlxalq energetika forumu çərçivəsində qeyri-rəsmi görüşü zamanı hasilatın dondurulması məsələsinin müzakirə ediləcəyi gözlənilir.

Oxu.Az Report-a istinadən xəbər verir ki, görüşdə neft hasilatının yaxın 1 il müddətində dondurulacağı ilə bağlı fikirlər səslənilir.

Bununla bağlı açıqlamanı OPEC-in baş katibi Məhəmməd Barkindo verib.

Əlcəzairin energetika naziri Nurəddin Buterfa isə hasilatın 1 il müddətinə dondurulması ilə bağlı qərar qəbul ediləcəyi təqdirdə, neft bazarının minimum 6 ay ərzində tarazlaşacağını , yəni tələblə təklifin həcmi arasındakı fərqin azalacağını bildirib.

Hasilatın dondurulması ilə bağlı müzakirələrdən sonra OPEC-in növbədənkənar iclası çağırıla bilər. Dondurulma qərarı isə OPEC-in noyabrın 30-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək iclasında qəbul edilə bilər.

A.M.

0
4