Venesiya Komissiyası referendumla bağlı yekun rəyini oktyabrda qəbul edəcək

Venesiya Komissiyası referendumla bağlı yekun rəyini oktyabrda qəbul edəcək

Avropa Şurasının Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı yekun rəyini oktyabrın 14-15-də keçiriləcək növbəti plenar sessiyasında qəbul edəcək.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Venesiya Komissiyasının mətbuat xidməti məlumat verib.

Xatırladaq ki, sentyabrın 6-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu Venesiya Komissiyasından Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumu qiymətləndirməyi xahiş edib.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər üzrə referendum sentyabrın 26-də keçiriləcək.

A.M.

0
25