Zaur Əliyev: Vətəndaşlar, xəstəxanalar icbari tibbi sığortanın tətbiqinə hazır deyil

Zaur Əliyev: Vətəndaşlar, xəstəxanalar icbari tibbi sığortanın tətbiqinə hazır deyil

“Vətəndaşlar buna (icbari tibbi sığortanın tətbiqinə - red.) tam hazır olmadığı kimi, dövlət xəstəxanaları da buna tam hazır deyil. Bu, normaldır. Agentlik olaraq səhiyyə işçiləri üçün təlimlər təşkil edəcəyik. Agentliyin əsas məqsədi sığortalıların keyfiyyətli, yüksək səviyyədə və operativ xidmət almasını təmin etməkdir”.

Oxu.Az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev APA-ya müsahibəsində deyib.

“Ona görə də icbari tibbi sığorta tətbiq ediləndə bizim tibb müəssisələrindən keyfiyyətli xidmət, həkimlərin peşəkarlığı, operativlik və sair kimi tələblərimiz olacaq.

İcbari tibbi sığortanın tətbiqi dövlət xəstəxanaları arasında rəqabət mühiti yaradacaq. Rəqabət olan yerdə keyfiyyət artır. Amma bu rəqabət qiymət üzərində deyil, göstərilən xidmətlər, həkimlərin biliyi, vətəndaşların sağlamlıq durumlarını bərpa etmələri səviyyəsi əsasında qurulacaq”.

U.A.

0
5