“Facebook” dostlarınıza 10 saniyəyə pul göndərin

“Facebook” dostlarınıza 10 saniyəyə pul göndərin

“Facebook” pul köçürməsi - eyni adlı sosial şəbəkədə olan dostlarınıza pul köçürməsini həyata keçirmək imkanı yaradan innovativ bank xidmətidir.

Bu xidmətdən Bankim.az saytında fəaliyyət göstərən “Bank Respublika”nın “İnternet Şöbə” istifadəçiləri aşağıda qeyd edildiyi kimi faydalana bilərlər.

Şəxsi kabinetinizin menyusunda “Facebook köçürmə” bölməsini seçdikdən sonra təqdim olunmuş düymə vasitəsilə “Facebook”a daxil olmaq tələb olunur.

İlk növbədə, sizin profilin dostlarınızın siyahısında əks olunmasını təsdiq etmək lazımdır. Bu da sizin “Bank Respublika”nın müştərisi olmanız haqqında məlumatın “Facebook”dakı kontaktlarınız tərəfindən görə bilməsinə razılıq verməyiniz deməkdir.

Dostlar siyahısında yalnız bankın müştəriləri olan və profilin əks olunmasını təsdiq etmiş istifadəçilər görünəcək.

Bununla yanaşı, xidmətdən istifadə zamanı köçürülən vəsaitlərin avtomatik mədaxil olunması üçün bank hesabını müəyyən etməlisiniz.

Daha sonra menyuda Bankım.az istifadəçiləri olan bütün dostlarınız əks olunacaq. Onlardan birini seçdikdə, məbləğin qeyd edilməsi və təsdiqi üçün menyu görsənəcək.

Əməliyyat uğurla sona çatdıqdan sonra vəsaiti alan şəxsə SMS vasitəsilə məlumat göndəriləcək.

U.A.

0
4