Neftin son qiymətləri

Neftin son qiymətləri

Hərracların nəticələri.

Dünya bazarlarında neftin qiyməti bahalaşıb.

Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir. 

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,46% artaraq 43,30 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 ucuzlaşaraq 41,62 dollar təşkil edib.

0
26