“Oskar”lı rejissor Kertis Henson vəfat etdi

“Oskar”lı rejissor Kertis Henson vəfat etdi

“8 mil”in rejissoru, ssenari müəllifi və “Oskar” sahibi Kertis Henson vəfat edib. Polis 71 yaşlı kino xadiminin nəşini Kaliforniyadakı evində aşkar edib.

Oxu.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Asayiş keşikçilərinin sözlərinə görə, ölüm təbii səbəblərdən baş verib. Son illərdə rejissor Altsgeymer xəstəliyindən (mərkəzi əsəb sisteminin degenerativ xəstəliyi) əziyyət çəkirdi.

Henson “Beşiyi yırğalayan əl”, “8 mil”, “Dalğaları fəth edənlər” filmlərini çəkib. 1997-ci ildə “Los-Anceles sirləri” filminin ssenarisinə görə “Oskar” alıb.

Aytən Sadıqzadə

0
6